Bu ölkədə inflyasiya üçrəqəmli həddə çatıb | Banco.az

Bu ölkədə inflyasiya üçrəqəmli həddə çatıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Argentinada fevral ayında illik inflyasiya 1991-ci ildən bəri ilk dəfə 100 faizi ötüb.

Banco.az xəbər verir ki, Argentina Milli Statistika İnstitutunun açıqladığı məlumatlara görə, fevral ayında ölkədə illik inflyasiya 102,5 faiz təşkil edib. Aylıq inflyasiya da gözləntilərdən çox - 6,6 faiz təşkil edib.

Ölkədə istehlak qiymətləri indeksi (CPI) fevral ayında 2022-ci ilin sonuna nisbətən 13,1 faiz artıb.

Xatırladaq ki, yanvarda llik inflyasiya 98,8 faiz, dekabrda isə 94,8 faiz təşkil etmişdi.

Fevralda Argentinada sərinləşdirici içkilər və ərzaq məhsulları 102,6 faiz, geyim və ayaqqabılar isə 121,6 faiz bahalaşıb. Ən aşağı qiymət artımı 79,2 faizlə rabitə sektorunda olub.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et