Tamara Mustafayeva, Banco.az
Dünyanın Çin və Türkiyə ilə birlikdə həddindən artıq sərbəst pul siyasəti həyata keçirən ölkələrindən biri olan Yaponiyada inflyasiya sürəti artır.
Banco.az xarici mətbuata istinadla xəbər verir ki, Yaponiya Mərkəzi Bankı tərəfindən diqqətlə izlənilən nüvə inflyasiyası göstəricisi iyul ayında bankın inflyasiya hədəfini aşaraq 2,4 faiz qeyd edilib.
"Bloomberg" sorğusunda iştirak edən iqtisadçıların və Mərkəzi Bankın proqnozu 2 faizi göstərirdi. Xatırladaq ki, iyun ayında bu göstəricidə 2,2 faiz artım qeydə alınmışdı.
Başlıqlı inflyasiya isə iyul ayında gözləntilərə uyğun olaraq illik 2,6 faiz təşkil edib. Enerji və təzə qida qiymətlərinin istisna edildiyi inflyasiya da proqnozları üstələyərək 1,2 faiz təşkil edib.
Bizi sosial şəbəkələrdən izləyin!!