Bu ölkədə inflyasiya ötən 46 ilin pik həddinə çatıb | Banco.az

Bu ölkədə inflyasiya ötən 46 ilin pik həddinə çatıb

Tamara Mustafayeva, Banco.az

Belçikada inflyasiya avqust ayında 9,94 faizə çatıb ki, bu da 1976-cı ildən bəri qeydə alınan ən yüksək səviyyədir.

Banco.az  xarici mətbuata istinadla xəbər verir ki, Belçika Statistika İnstitutu (Statbel) avqust ayı üzrə ölkənin inflyasiya göstəricilərini açıqlayıb.

Məlumatlara görə, Belçikada iyulda 9,62 faiz olan inflyasiya avqust ayında 9,94 faizə yüksəlib. Beləliklə, ölkədə inflyasiya 1976-cı ilin martından bəri ən yüksək həddə çatıb.

Xatırladaq ki, 46 il əvvəl, yəni 1976-cı ildə Belçikada inflyasiya 9,96 faiz hesablanmışdı.

Avqust ayında ən çox qiymət artımı elektrik enerjisi, təbii qaz, çörək, dənli bitkilər, geyim, şirniyyatlar, spirtli içkilər, mehmanxana otağı, ət və şəxsi gigiyena məhsullarında qeydə alınıb.

Ölkədə inflyasiyanın artmasının əsas səbəbi isə enerji olub. Belə ki, elektrik enerjisində qiymət artımı 49,81 faizə çatıb. Enerji məhsullarının avqust inflyasiyasına töhfəsi 4,43 faiz olaraq reallaşıb.

Qeyd edək ki, avqustda Belçikanın nüvə inflyasiyası da 5,74%-ə yüksəlib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram