Bu ölkədə inflyasiya 8 ayın ən aşağı səviyyəsinə düşüb | Banco.az

Bu ölkədə inflyasiya 8 ayın ən aşağı səviyyəsinə düşüb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Şri-Lankada inflyasiya tədarük çətinliklərinin aradan qalxması ilə 8 ayın ən aşağı səviyyəsinə düşüb.

Banco.az xəbər verir ki, Şri-Lankada inflyasiyanın artım tempi ölkədə tədarük vəziyyətinin yaxşılaşması və hökumətin monetar siyasəti sərtləşdirməsi səbəbindən yanvar ayında ardıcıl dördüncü ayında da azalıb.

Statistika Departamentinin çərşənbə axşamı yaydığı məlumatda qeyd olunub ki, paytaxt Kolomboda istehlak qiymətləri indeksi illik müqayisədə 54,2 faizə düşüb. Bu da ötən ilin may ayından bəri qeydə alınan ən aşağı artım tempidir. Bloomberg nəşrinin sorğusunda iştirak edən iqtisadçılar isə orta hesabla 52,8 faiz artım gözləyirdilər.

Qeyd edək ki, ayın əvvəlində ölkənin mərkəzi bankı keçən ilki məcmu 950 baza bəndi artımdan sonra faiz dərəcəsini dəyişməyərək 15.5% səviyyəsində saxlayıb ki, bu da pul siyasətinin Asiyanın ən sürətli inflyasiyasını cilovlamaq üçün sərt qalacağına işarədir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et