Bu ölkədə inflyasiya 32 ilin ən yüksək səviyyəsinə çatıb | Banco.az

Bu ölkədə inflyasiya 32 ilin ən yüksək səviyyəsinə çatıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avstraliyada inflyasiya ötən 32 ilin ən yüksək səviyyəsinə çatıb.

Banco.az xəbər verir ki, Avstraliyada inflyasiya 2022-ci maliyyə ilinin son rübündə 7,8 faiz təşkil edib.

Avstraliya Statistika Bürosunun məlumatına görə, artıma ərzaq, avtomobil yanacağı və yeni ev tikintisi üzrə qiymətlərin bahalaşması da təkan verib.

Ən çox qiymət artımı isə yerli və xarici səyahət xərcləri ilə əlaqədar müvafiq olaraq 13,3 və 7,6 faiz təşkil edib.

Qeyd edək ki, inflyasiyanın bu artım tempi 1990-cı ilin martından bəri ən sürətli artım kimi tarixə düşüb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et