Bu ölkədə ilin sonuna qədər avtomobil kreditlərindən yararlanmaq tövsiyyə olunub | Banco.az

Bu ölkədə ilin sonuna qədər avtomobil kreditlərindən yararlanmaq tövsiyyə olunub

Müəllif - Aida İsaq, Banco.az

Hazırda rusların nisbətən sərfəli şərtlərlə avtomobil kreditlərindən yararlanmaq şansları çoxdur. 

Banco.az xəbər verir ki, avtomobil bazarı ekspertlərinin sözlərinə görə, gələcəkdə kreditlər vətəndaşlar üçün əlçatan olmayacaq və yeni avtomobillərin qiyməti artacaq.

Hazırda ölkədə güzəştli avtomobil kreditləri üçün dövlət proqramı var. Proqramın müddəti dekabrın 1-də başa çatmalı olsa da, Sənaye və Ticarət Nazirliyi zamanı dekabrın 20-dək uzadıb. Bununla yanaşı, kreditlə avtomobil almağı gecikdirmək məsləhət görülmür. Çünki kreditlər üzrə faiz dərəcələri gələn il dəyişə bilər.

Eyni zamanda müxtəlif banklar tərəfindən təqdim olunan kredit şərtləri yaxud maşın bazarındakı modellər üzrə seçimlərin məhdudlaşa biləcəyi qeyd olunur. Beləliklə, vətəndaşlara uyğun olduğu təqdirdə təklif olunan proqramdan yararlanmaq tövsiyyə olunub.

Ən sərfəli kredit üçün müraciət et

 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et