Bu ölkədə "IKEA"nın modellərinə bənzər məhsullar istehsal olunmağa başladı | Banco.az

Bu ölkədə "IKEA"nın modellərinə bənzər məhsullar istehsal olunmağa başladı

Müəllif - Aida İsaq, Banco.az

İsveç brendi "IKEA"nın Rusiya bazarını tərk etməsi yerli yerli mebel istehsalçıları üçün əlverişli şərait yaradıb. Banco.az əbər verir ki, şirkətlər hazırda müştərilərə öz məhsullarını təklif edir. Eyni zamanda "İKEA" məhsullarına oxşar kolleksiyalar istehsal etməyə başlayıblar.

Belə ki, “Angstrem” şirkəti IKEA-da “Hemnes” adlanan “Freya” adlı qonaq otağı, yataq otağı və dəhlizlər üçün mebel kolleksiyasını satışa çıxarıb. Bundan əlavə, istehsalçılar dünyanın ən böyük mebel fabriki olan "IKEA"nın modellərinə uyğun gələn bir neçə onlarla standart mətbəx modulu yaratdığını bildirib. Alıcı modulları alıb onları özü də sərbəst formada yığa bilər. "Askona" şirkəti də "IKEA" çeşidlərinə bənzər məhsullar istehsal etməyə başlayıb.

Qeyd edək ki, noyabr ayında "IKEA"nın cari ildə xalis mənfəətinin 710 milyon avroya düşdüyü məlum olub. Ötən il şirkətin mənfəəti isə 1,4 milyard avro səviyyəsində olub.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram