Bu ölkədə iflas edən şirkətlərin sayı artmaqdadır | Banco.az

Bu ölkədə iflas edən şirkətlərin sayı artmaqdadır

Tamara Mustafayeva, Banco.az

Yaponiyada cari maliyyə ilinin aprel-sentyabr dövründə müflisləşmiş şirkətlərin sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 6,9 faiz artıb.

Banco.az xarici mətbuata istinadla xəbər verir ki, Tokyo Shoko Research (TSR) kredit araşdırma agentliyi yenicə dərc etdiyi hesabatında 6 aylıq müddətdə müflis olan yapon şirkətlərinin sayını və onların səbəblərini araşdırıb.

Buna müvafiq olaraq, Yaponiyada 2022-ci maliyyə ilinin aprel-sentyabr dövründə iflasa uğrayan şirkətlərin sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 6,9 faiz artıb.

Ölkə daxilində 3 min 141 şirkətin müflis olduğunu bəyan edən hesabata görə,  müflisləşən şirkətlərin sayı ötən üç ildə ilk dəfə artım göstərib.

Hesabatda bu artımın hökumət tərəfindən verilən Kovid-19 maliyyə yardımının ödənilməsində yaranan çətinliklər və xammal xərclərinin artması ilə bağlı olduğu vurğulanıb.

6 aylıq dövrdə iflas edən şirkətlərdən qalan ümumi borc isə 3 dəfə artaraq 1,74 trilyon yen (11,7 milyard dollar) hesablanıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram