Bu ölkədə hər kəs milyonerdir | Banco.az

Bu ölkədə hər kəs milyonerdir

Norveçin ən böyük milli sərmayə fondunun aktivlərinin dəyərinin neft və təbii qazın qiymətlərinin yüksəlməsilə artması ölkədəki hər kəsi nəzəri olaraq kron milyoneri edib.

Dünyada rifah səviyyəsinn ən yüksək olduğu  ölkələrindən biri olan Norveçin bütün vətəndaşları nəzəri olaraq kron milyoneri olub. Norveç Mərkəzi Bankının internet saytındakı məlumatlara görə, ölkənin ən böyük milli sərmayə fondu olan Norveç Qlobal Təqaüd Fondunun (tez-tez Norveç neft fondu adlandırılır)  bazar dəyəri təbii qaz və neft qiymətlərindəki yüksəlişin təsirilə 5,1 trilyon krona (607 milyard ABŞ dolları) çıxıb. Mərkəzi Bankın nümayəndəsi Tomas Sevang, fondun tarixində ilk dəfə Norveçdə adambaşına bir milyon kron düşəcək həcmə  çıxdığını söyləyib. Norveçin əhalisi 5 milyon 96 min 300 nəfər olduğundan nəzəri olaraq ölkədəki hər kəs kron milyoneri olub.

FƏRQLİ SAHƏLƏRDƏ SƏRMAYƏ

Fond, 1990-cı ildə yaradılıb və dünya birjalarında  1%  payı var. Fond eyni zamanda Londondan Bostona qədər fərqli sahələrdə daşınmaz əmlaka sərmayələr yatırıb.

Ən sərfəli kredit üçün müraciət et

Norveçlilərin bu pula birbaşa çıxışları və xərcləmək haqları yoxdur. Bu fonddakı pullar gələcəkdə baş verə biləcək böhranlar üçün saxlanır. Milli sərmayə fondu hazırda Norveçin ümumi daxili məhsulunun 183%-nə bərabərdir və 2030-cu ildə bu nisbətin  220%-i aşacağı gözlənilir. Norveç hökuməti Şimal dənizində neft yataqlarının tapılması çətinləşdiyindən milli fonddan pul xərcləməyi məhdudlaşdırıb. Norveç, dünyanın ən böyük yeddinci neft ixracatçısıdır. Norveç Şimal dənizində ilk yatağı 1969-cu ildə tapıb, istehsala isə 1971-ci ildə başlanılıb. Norveç Qlobal Təqaüd Fondu  milli sərmayə fondudur, fond 2006-cı ildə Norveç Neft Fondunun adını dəyişməsi nəticəsində yenidən adlandırılıb və geniş pensiya islahatlarının bir hissəsinə çevrilib.

Qeyd edək ki, Norveçdə valyuta ehtiyatlarını xüsusi idarə - Norveç Bank Sərmayələri İdarəsi idarə edir. Norveç Bank Sərmayələri İdarəsi  Norveç Mərkəzi bankının aktiv idarəetməsi vahididir. İdarə Norveç Qlobal Pensiya Fondunu və bir çox Norveç bankının valyuta ehtiyatlarını idarə edir.

marja.az

Ən sərfəli krediti almaq üçün müraciət et