Bu ölkədə hər il palçıq festivalı keçirilir | Banco.az

Bu ölkədə hər il palçıq festivalı keçirilir

Aida İsaq, banco.az

Dünya ölkələri hər il yüzlərlə əyləncə tədbirlərinə ev sahibliyi edir. Bunlar arasında insanların bir-birini rəngə boyamasından tutmuş heykəl düzəltmək, havaya şar uçurtmaq, bir-birlərinə pomidor atmaq və s. kimiyə qədər yüzlərlə festivallar yer alır. Bu güz sizə koreyalıların sevimli palçıq festivalından bəhs edəcəyik.

“Ənənəvi Palçıq Festivalı” ilk dəfə 1998-ci ildə Cənubi Koreyanın Boryeonq şəhərində keçirilib. Yay aylarına təsadüf edən bu tədbir qəribə səslənsə də hər il milyonlarla ziyarətçinin diqqətini cəlb edir. İştirakçılar minerallarla zəngin olduğu hesab olunan palçıqla dolu hovuzlara girərək əylənirlər. Palçıq Festivalı hər il iyul ayının ikinci həftəsində başlayır və bir həftə boyunca davam edir.

Şəhərin müxtəlif yerlərindən yığılan palçıq Daecheon çimərliyinə gətirilir. Burada “Mud Experience Land” adlı ərazi yaradılır. Lazımi qədər palçıq toplandıqdan sonra sahildə qurulan səhnə və sütunlardan ibarət festival sahəsi hazırlanır. Bu festivalın hər hansısa tarixi mənşəyinin olmadığı güman edilir. Ancaq tədbirin ilk dəfə Boryeonqun məşhur palçığını tanıtmaq və kosmetika satışlarını artırmaq üçün keçirildiyi bildirilir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

 

Ən sərfəli krediti almaq üçün müraciət et