Bu ölkədə həkimlər onlayn resept yaza biləcək | Banco.az

Bu ölkədə həkimlər onlayn resept yaza biləcək

Müəllif - Aida İsaq, Banco.az

Rusiyada özəl klinikalara onlayn resept yazmaq təklif edilib. 

Banco.az xəbər verir ki, bununla bağlı ölkənin İqtisadi İnkişaf Nazirliyi layihə modeli hazırlayıb. Müvafiq modelin ilkin olaraq 15 özəl xəstəxana şəbəkəsində sınaqdan keçirilməsi nəzərdə tutulub. 

Nazirliyin məlumatına görə, təşəbbüs teletibb məsləhətlərinin əlçatanlığını artıracaq və insanlar üçün vaxta qənaət etməyi təmin edəcək. Bu istiqamətdə müxtəlif şəhər və rayonlardan fəaliyyət göstərən ixtisaslaşmış tibb işçiləri üçün müalicə təyin etmək imkanı yaradılacaq.

Qeyd olunur ki, eksperimentin nəticələri uğurlu olarsa, layihənin bütün Rusiya ərazisində tətbiqi planlaşdırılır.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram