Bu ölkədə gübrə istehsalçıları daha çox varlanıb | Banco.az

Bu ölkədə gübrə istehsalçıları daha çox varlanıb

Müəllif - Aida İsaq, Banco.az

Rusiyada ötən il gübrə istehsalçıları sərvətlərini daha çox artırıb.

Banco.az xəbər verir ki, “Forbes”in məlumatına görə, 27 milyarderin sərvətində artım qeydə alınıb. Reytinqin lideri “Akron” mineral gübrə şirkətinin rəhbəri Vyaçeslav Kantor olub. Onunla yanaşı gübrələrin qlobal bahalaşmasından sonra Andrey Quryev də öz adını bu siyahıya yazdıra bilib. Beləliklə, V.Kantorun sərvəti 5,3 milyard dollar artaraq 13 milyard dollara çatıb. A.Quryevin sərvəti isə 11,5 milyard dollar (+4,2 milyard dollar) artıb. “DST Global” fondlarının sahibi Yuri Milner ən zəngin iş adamlarının ilk üçlüyünü tamamlayıb. Onun sərvəti il ​​ərzində ümumilikdə 2,5 milyard dollar artaraq 7,3 milyard dollara çatıb.

İş adamları Andrey Melniçenko (EuroChem, SUEK) və Mixail Şelkov (VSMPO-Avisma) da reytinqin ilk 5-liyinə daxil olublar. Son bir ildə onların sərvətləri müvafiq olaraq 2,1 milyard və 1,6 milyard dollar artaraq 27,5 milyard və 5,8 milyard dollara çatıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et