Bu ölkədə gözyaşartmayan soğan satışa çıxarılacaq | Banco.az

Bu ölkədə gözyaşartmayan soğan satışa çıxarılacaq

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avstraliyada gözyaşartmayan soğan satışa çıxarılacaq.

Banco.az xəbər verir ki, Avstraliyanın supermarket nəhəngi “Woolworths” ölkədə ilk gözyaşartmayan soğanın çərşənbə günündən sentyabr ayına qədər Yeni Cənubi Uels, Viktoriya və Avstraliya Paytaxt Ərazisindəki mağazalarında satılacağını açıqlayıb.

Şirkətdən bu gün edilən açıqlamada, "Adından da göründüyü kimi, bu unikal soğan növü kəsildikdə göz yaşı tökmək ehtimalı daha azdır", sözlərinə yer verilib.

Qeyd edilənə görə, sözügedən soğan növünün tərkibində uucu birləşmələr kimi tanınan, gözlərin yaşarmasına və qıcıqlanmasına səbəb olan təbii kimyəvi maddələr və fermentlər daha az miqdarda mövcuddur.

Bundan əlavə, adi soğanda yığımdan sonra bu birləşmələrin miqdarı artdığı halda, sözügedən növdə əksinə olaraq azalır və vaxt keçdikcə təsirini itirir.

Ən sərfəli kredit üçün müraciət et

Onilliklər ərzində müxtəlif soğan növlərinin hibridləşdirilməsi kimi təbii üsullardan istifadə edilərək gözyaşartmayan soğanların hazırlandığını qeyd edən şirkət bu soğanların adi qəhvəyi soğandan daha az kəskin və bir qədər şirin olduğunu bildirib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et