Müəllif:Ayşən İmanova/Banco.az
Çində “Google”a qarşı antiinhisar araşdırması başladılıb.
Banco.az xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Bazarın Tənzimlənməsi üzrə Dövlət İdarəsi məlumat yayıb.
“Ölkənin antiinhisar qanununu pozduğuna dair şübhələrə görə, Çin Xalq Respublikasının Bazara Nəzarət və Tənzimləmə üzrə Baş İdarəsi “Google”a qarşı araşdırmaya başlayıb”, - deyə məlumatda bildirilir.
İstintaqın təfərrüatları açıqlanmayıb.
Qeyd edək ki, Çində Amerika korporasiyasının “Gmail”, “Google Maps”, “Google Play” və “YouTube” xidmətləri bloklanıb. Çin səlahiyyətliləri “Google”un siyasi cəhətdən həssas məzmuna nəzarət tələblərinə əməl etməkdən imtina etdiyini bildirib. Bununla belə, Çində “Google”un “Android” əməliyyat sisteminə icazə verilir və demək olar ki, bütün Çin smartfonları bunun üzərində işləyir.