Bu ölkədə fərdi dərslər qadağan ediləcək | Banco.az

Bu ölkədə fərdi dərslər qadağan ediləcək

Tamara Mustafayeva, Banco.az

Çin hökuməti təməl fənnlər üzrə fərdi dərslərin keçirilməsini qadağan etməyə hazırlaşır.

Banco.az xarici mətbuata istinadla bildirir ki, hökumət sözügedən qadağanı ailələrin maliyyə xərclərini azaltmaq üçün tətbiq etməyi planlaşdırır. 

Təhsil sahəsi üzrə müvafiq islahat eyni zamanda bu sektora xarici sərmayə qoyuluşunu da qadağan edir. 

Ölkədə fəaliyyət göstərən 120 milyard dollar dəyərindəki özəl dərs sektoru bu qərarı təəccüblə qarşılayarkən sektorda xidmət göstərən şirkətlərin səhmləri də kəskin ucuzlaşıb.

Qeyd edək ki, Çin birjasında ümumi təhsil sektoru üzrə səhmlər də 9% dəyər itirib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram