Bu ölkədə ərzaq məhsullarının qiyməti kəskin bahalaşıb | Banco.az

Bu ölkədə ərzaq məhsullarının qiyməti kəskin bahalaşıb

Tamara Mustafayeva, Banco.az

Avqust ayında Yeni Zelandiyada ərzaq qiymətləri üzrə ötən 13 ilin ən yüksək illik artımı qeydə alınıb.

Banco.az xarici mətbuata istinadla xəbər verir ki, Yeni Zelandiya Statistika Bürosu tərəfindən edilən açıqlamaya görə, mövsümü təsirlərin kənarlaşdırılmadığı göstəricilərə əsasən, ərzaq qiymətləri avqust ayında əvvəlki aya nəzərən 1,1 bahalaşıb. Mövsümü təsirlər istisna edildikdə isə artım 0,9 faiz təşkil edir.

Ərzaq məhsullarının qiymətlərində illik artım isə 8,4 faizə çatıb.

Ölkədə meyvə-tərəvəzin qiymətində artım 15 faizə qədər olub. Restoran və hazır yeməklərin qiymətləri 6,5 faiz, ət, quşçuluq və balıq ətinin qiymətləri isə 7,6 faiz bahalaşıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et