Bu ölkədə enerji böhranına qarşı yeni tədbirlər görüləcək | Banco.az

Bu ölkədə enerji böhranına qarşı yeni tədbirlər görüləcək

Tamara Mustafayeva, Banco.az

Hollandiya hökumətindən verilən yazılı bəyanatda ölkədə hökm sürən enerji böhranı ilə mübarizə üçün bəzi tədbirlərin görüldüyü açıqlanıb.

Banco.az xarici mətbuata istinadla xəbər verir ki, 2023-cü il yanvarın 1-dən etibarən qaz və elektrik enerjisi qiymətlərinə il boyu müvəqqəti yuxarı hədd tətbiq olunacaq ki, bu da bir kubmetr qaz üçün təxminən 1,50 avro, bir kilovat elektrik enerjisi üçün isə 70 sent təşkil edir.

Enerji qiymətlərindəki dəyişkənliyə uyğun olaraq yuxarı həddi aşağı sala biləcəkləri, lakin 1 kubmetr qazın qiymətinin 1,20 avrodan aşağı düşməyəcəyi bildirilib.

Yuxarı həddin tətbiqi nəticəsində ev təsərrüfatları orta hesabla ildə 2280 avro, ayda isə 190 avro qənaət edəcək.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et