Bu ölkədə elektrik enerjisinə qənaət edənlərə güzəşt olunacaq | Banco.az

Bu ölkədə elektrik enerjisinə qənaət edənlərə güzəşt olunacaq

Müəllif - Aida İsaq, Banco.az

Britaniyada əhaliyə enerjiyə qənaət etdikləri təqdirdə güzəştlər tətbiq olunacaq. Bu barədə “National Grid” operator şirkətinin bəyanatında qeyd olunub.

Banco.az xəbər verir ki, bir milyondan çox britaniyalı ailə enerji istehlakını azaltmaq proqramına qoşulub. Bu proqram çərçivəsində vətəndaşlar məişət cihazlarının bir hissəsini söndürməyə razılaşdıqları halda, elektrik enerjisinə görə ödənilmiş vəsaitin bir hissəsini geri ala biləcəklər.

Qeyd olunur ki, cəmi beş seansdan sonra 2,8 milyondan çox qənaətə nail olunub. Beləliklə, xidmət qışda ehtiyac olduğu zaman elektrik şəbəkəsini balanslaşdırmağa kömək edəcəyi bildirilir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et