Bu ölkədə elektrik enerjisinə görə əlavə rüsum tətbiq olunacaq | Banco.az

Bu ölkədə elektrik enerjisinə görə əlavə rüsum tətbiq olunacaq

Almaniyada oktyabrın 1-dən etibarən elektrik enerjisi istehlakçılarından əlavə rüsum tutulacaq.

Bu barədə Almaniyanın İqtisadiyyat və İqlimin Mühafizəsi üzrə Nazirliyi açıqlayıb.

Məlumata görə, istehlakçılar əlavə rüsumu yarım il ərzində - 2024-cü ilin martınadək ödəyəcək. Rüsumun məbləği hələ məlum deyil. Məbləğ qaz idxalçılarının irəli sürəcəyi kompensasiya iddiasından asılı olacaq.

Bu qərar Rusiyadan qaz idxalının azaldılması ilə bağlı qəbul olunub.

report

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən sərfəli kredit üçün müraciət et

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et