Bu ölkədə elektrik avtomobilləri benzinlə işləyən avtomobilləri keçə bilər | Banco.az

Bu ölkədə elektrik avtomobilləri benzinlə işləyən avtomobilləri keçə bilər

Müəllif: Tamara Mustafayeva, Banco.az

Norveçdə elektrik avtomobilləri benzinlə işləyən avtomobilləri keçə bilər. 

Banco.az xəbər verir ki, Norveçin magistral yollarında akkumulyatorla işləyən elektrik avtomobillərin sayı bu ilin sonu və ya 2025-ci ilin əvvəlində benzinlə işləyən avtomobilləri keçə bilər.

Məlumdur ki, ölkədəki elektromobillərin vergidən azad edilməsi və ictimai enerji doldurucularına sərmayə qoyuluşu səbəbindən bu keçid Norveçə heç də ucuz başa gəlməyib.

Açıqlanan məlumatlara görə, bu ilin əvvəlində ölkə üzrə satılan 10 yeni avtomobildən 9-u akkumulyatorla işləyən elektrik avtomobilləri olub. Yenə də analitiklər akkumulyatorla işləyən elektrikli avtomobillərin Norveçdəki dizel avtomobillərinin sayını keçməsinin bir neçə il çəkəcəyini düşünürlər.

Ən sərfəli kredit üçün müraciət et

Digər tərəfdən, 5,5 milyon əhalisi olan bu Skandinaviya ölkəsi 2025-ci ilə qədər benzin və dizellə işləyən yeni avtomobillərin satışını dayandıran ilk ölkə olmağı hədəfləyir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et