Bu ölkədə əhalinin dəbdəbəli mallara xərclədiyi pulun həcmi artıb | Banco.az

Bu ölkədə əhalinin dəbdəbəli mallara xərclədiyi pulun həcmi artıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Cənubi Koreyalıların şəxsi dəbdəbə mallarına ümumi xərcləri illik təxminən 24% artıb.

Banco.az xəbər verir ki, ABŞ-ın “Morgan Stanley” investisiya bankının məlumatına görə, Cənubi Koreyanın 2022-ci ildə  şəxsi dəbdəbə mallarına ümumi xərcləri 24 faiz artaraq 16,8 milyard dollara və ya adambaşına təxminən 325 dollara çatacaq.

Bankın hesablamalarına görə, bu, Çin və Amerika vətəndaşlarının adambaşına xərclədiyi müvafiq olaraq 55 və 280 dollardan xeyli çoxdur. 

Qeyd edək ki, dünyanın tanınmış lüks brendləri də Cənubi Koreyada satış həcminin artdığını vurğulayıblar.

“Morgan Stanley” analitiklərinin fikrincə, Cənubi Koreyalı alıcılar arasında dəbdəbəli mallara tələbat həm alıcılıq qabiliyyətinin artması, həm də sosial mövqe tutmaq istəyi ilə şərtlənir.

Ən sərfəli kredit üçün müraciət et

Təbii ki, ölkədə ev təsərrüfatlarının gəlirlərindəki artım da dəbdəbəli brendlərdən alış-verişə təkan verib. Koreya Bankının məlumatları göstərir ki, 2021-ci ildə ölkənin ev təsərrüfatlarının xalis sərvəti 11 faiz artıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et