Müəllif - Aida İsaq, Banco.az
Rusiyanın kənd təsərrüfatı nazirliyi cari ilin sonuna qədər ölkədən düyünün ixracına müvəqqəti qadağa tətbiq etməyi təklif edib.
Banco.az xəbər verir ki, hökumətin müvafiq fərmanının layihəsi normativ hüquqi aktların layihələrinin federal portalında yerləşdirilib. Qanun layihəsi qüvvəyə mindiyi gündən 2023-cü il dekabrın 31-dək Rusiyadan düyü və dənli bitkilərin ixracına müvəqqəti qadağanı əhatələyir.
Qeyd edək ki, ötən ilin sonunda ölkədə düyünün ixracına qoyulan qadağa 2023-cü il iyunun 30-dək uzadılıb.
Bizi sosial şəbəkələrdən izləyin!!