Bu ölkədə dünyanın ən böyük superçip zavodu tikiləcək | Banco.az

Bu ölkədə dünyanın ən böyük superçip zavodu tikiləcək

Müəllif:Ayşən İmanova/Banco.az

Tayvanın “Foxconn” şirkəti Meksikada “GB200” superçiplərinin istehsalı üzrə dünyanın ən böyük zavodunu inşa edəcək.

Banco.az xəbər verir ki,  bu barədə “Reuters” şirkətin vitse-prezidenti Benjamin Tinqin bəyanatına istinadən məlumat yayıb.

Məlumata görə, “GB200” çipləri Amerikanın “Nvidia” şirkətinin sifarişi ilə istehsal olunacaq. Onlar “Nvidia” tərəfindən hazırlanmış və ilk növbədə süni intellekt sistemləri üçün istifadə olunan yeni nəsil “Blackwell” qrafik prosessorlarında istifadə olunur.

Ən sərfəli kredit üçün müraciət et

Şirkət 2024-cü ilin dördüncü rübündə bu modelin ilk çiplərinin satışından bir neçə milyard dollar qazanmağı planlaşdırır.

Xatırladaq ki, oktyabrın əvvəlində “Foxconn” 57 milyard dollarlıq rekord rüblük gəlir əldə etdiyini açıqlamışdı. Bu dinamika ilk növbədə çiplərə, xidmət avadanlıqlarına və şirkətin digər məhsullarına yüksək tələbatla əlaqələndirilir.