Tamara Mustafayeva, Banco.az
İngiltərədə koronavirus peyvəndinin istifadəsinə başlanılıb.
Banco.az xarici mətbuata istinadla bildirir ki, İngiltərədə müəyyən edilən ilk qruplara Pfizer/BioNTech peyvəndinin vurulması bu gün başlanıb.
90 yaşlı Margaret Keenan dünyada koronavirus peyvəndi vurulan ilk insan olub. O, özünü olduqca imtiyazlı hiss etdiyini bildirib.
Baş Nazir Boris Johnson, "Bu gün İngiltərənin koronavirusla mübarizəsində müstəsna əhəmiyyəti olan çox böyük addım atılır. Qarşıdakı həftə və aylarda vaksinasiya proqramının sürətləndirilməsi planlaşdırılarkən yaşadığınız bölgədənin qayda-qanunlarına əməl edərək və zəruri tədbirləri unutmayaraq "Covid qış planına"na uyğunlaşmağı davam etdirmək çox mühüm əhəmiyyət daşıyır", deyə açıqlama edib.
Qeyd edək ki, hökumət məhdudiyyətlərin əksər hissəsinin götürülməsi ilə həyatın əvvəlki axarına qovuşmasının aprel ayından sonra mümkün olacağına dair xəbərdarlıq edib.
Səhiyyə Naziri Matt Hancock da öz növbəsində açıqlama edərək "tunelin sonunda işıq göründüyünü" vurğulayıb.
Bizi sosial şəbəkələrdən izləyin!!