Tamara Mustafayeva, Banco.az
Almaniyada Covid-19 əleyhinə tədbirlər 28 mart tarixinədək uzadılıb.
Banco.az xarici mətbuata istinadla bildirir ki, Almaniyanın Baş Naziri Angela Merkel tərəfindən əyalət nazirləri ilə video-konfrans vasitəsilə həyata keçirilən iclasda pandemiya üzrə cari vəziyyət dəyərləndirilib və mərhələli yumşaldılmağa dair qərarlar verilib.
Birinci mərhələ çərçivəsində ötən həftə məktəb və bağçaların, gözəllik salonları və bərbərlərin fəaliyyətini bərpa etdiyi vurğulanıb. 8 martdan etibarən başlayacaq ikinci mərhələdə isə insanların 5 nəfərdən çox olmayan qruplar halında toplanmasına icazə veriləcək. 14 yaşdan aşağı uşaqlar isə istisna təşkil edir.
Bizi sosial şəbəkələrdən izləyin!!