Bu ölkədə çip istehsal edənlərə 1 milyard dollar veriləcək | Banco.az

Bu ölkədə çip istehsal edənlərə 1 milyard dollar veriləcək

Tamara Mustafayeva, Banco.az

Hindistan çip istehsalı ilə məşğul olanlara 1 milyard dollar verəcək.

Banco.az xarici mətbuata istinadla bildirir ki, Hindistan ölkədə istehsal müəssisələri quran çip şirkətlərinə 1 milyard dollar nağd vəsait verməklə ölkədəki smartfon və yüksək texnologiyalar sənayesini canlandırmağa çalışır. Hökumət tərəfindən istehsal ediləcək çiplərə satın alınma zəmanətinin də veriləcəyi vurğulanarkən eyni zamanda ayrı-ayrı şirkətlərin yerli istehsal çiplərini alması üçün təşviq paketlərinin də həyata keçiriləcəyi bildirilib.

Qeyd edək ki, Baş Nazir Narendra Modinin "Hindistanda İstehsal Et" proqramı ölkənin Çindən sonra ən böyük mobil telefon istehsalçısı olmasını hədəfləyir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et