Müəllif:Ayşən İmanova/Banco.az
Britaniya hökuməti zəif parolları qadağan edib. Artıq “admin” və “12345” kimi parollar Böyük Britaniyada qanunsuzdur.
Banco.az xəbər verir ki, yeni qaydalara əsasən, ölkədəki bütün “ağıllı” cihazlar minimum təhlükəsizlik standartlarına cavab verməlidir.
Yerli Elm, İnnovasiya və Texnologiya Nazirliyinin məlumatına görə, yeni tədbir aprelin 29-dan qüvvəyə minib. Tədbir istehlakçıları kiberhücumlardan və haker hücumlarından qorumaq üçün nəzərdə tutulub.
Elm və Texnologiya naziri Conatan Berrinin sözlərinə görə, bu qanun dünyada bir ilkdir. Berri Böyük Britaniyanı internetdən istifadə üçün dünyanın ən təhlükəsiz yerlərindən birinə çevirməyi hədəfləyir.
Bizi sosial şəbəkələrdən izləyin!!