Müəllif - Aida İsaq, Banco.az
Yeni Zelandiyada iş dünyası inflyasiya göstəricilərindəki azalma fonunda sürətli canlanma nümayiş etdirdi.
Banco.az xəbər verir ki, Avstraliya və Yeni Zelandiya Bankinq Qrupunun keçirdiyi sorğunun nəticələrinə görə, may ayında biznesin inam indeksi 13 bənd artaraq -43,8 bənddən -31,1 punkta yüksəlib.
İş dünyasının hərəkətliliyini ölçən fəaliyyət proqnozu indeksi -7,6 bənddən -4,5 punkta yüksəlib.
İnflyasiya gözləntiləri 5,70%-dən 5,47%-ə düşüb.
Qeyd edək ki, Yeni Zelandiyada 2023-cü ilin birinci rübündə inflyasiya dövri olaraq 1,2 faiz artıb, illik inflyasiya isə 7,2 faizdən 6,7 faizə düşüb.
Bizi sosial şəbəkələrdən izləyin!!