Müəllif: Tamara Mustafayeva, Banco.az
İngiltərədə birdəfəlik plastik qabların istifadəsi qadağan olunacaq.
Banco.az xəbər verir ki, İngiltərədə ekoloji çirklənməni azaltmaq üçün plastik bıçaq, boşqab və nimçə kimi birdəfəlik məhsulların istifadəsinin qadağan ediləcəyi açıqlanıb.
Bu barədə “The Guardian” nəşri xəbər yayıb.
Xəbərdə qeyd olunub ki, Böyük Britaniyada hər il təxminən 1,1 milyard birdəfəlik plastik boşqab və 4,25 milyard bıçaq istifadə olunur. Bunların isə təkcə 10 faizi istifadə edildikdən sonra təkrar emal edilir.
Aparılan araşdırmalar göstərir ki, dünya okeanlarındakı tullantıların böyük əksəriyyətini plastik qablar, çəngəl-bıçaq və qida və içki paketləri təşkil edir.
Qeyd edək ki, oxşar qadağalar Şotlandiya və Uelsdə də tətbiq edilib ki, Böyük Britaniya hökuməti 2020-ci ildə ölkə daxilində birdəfəlik plastik pipetka və qarışdırıcıların istifadəsini qadağan etmişdi.
Bizi sosial şəbəkələrdən izləyin!!