Bu ölkədə bələdiyyə işçiləri əmək haqqını bitcoin ilə alacaq | Banco.az

Bu ölkədə bələdiyyə işçiləri əmək haqqını bitcoin ilə alacaq

ABŞ-ın Mayamı şəhərinin meri Francis Suarez şəhəri kriptovalyuta mərkəzinə çevirməyi planlaşdırdığını qeyd edib. F.Suarez Mayamini “kriptovalyuta baxımından planetin ən rəqabətli şəhəri” etməyi hədəfləyib. Şəhər adminstrasiyası rəqəmsal aktivlərin leqallaşdırılması layihəsini hazırlamaq üçün artıq Avanti – rəqəmsal bankı ilə əməkdaşlıq edir. Kriptovalyutalara inteqrasiyada ilk addım kimi şəhərin bələdiyyə işçiləri əmək haqqını bitcoin ilə ala biləcəklər. F.Suarez Forbes-ə müsahibə zamanı bitcoin ideyasını bəyəndiyini etiraf edib və qeyd edib ki, Mayamidə bitcoin-in tətbiqi üçün 3 real istiqamət var:

  1. Mayami şəhər bələdiyyəsi işçilərinə əmək haqqını bitcoi ilə almaq imkanını təmin edilməsi;
  2. Vergilər və büdcə ödənişlərinin bitcoin və ya digər kriptovalyutalar ilə ödənilməsi;
  3. Mayami şəhərinin xəzinədarlıq idarəsi investisiya kapitalının bir hissəsini bitcoin-də saxlaya bilər.

Francis Suarez: “Mayami həmişə böyük kapitala və inkişaf etmiş bir bank sisteminə sahib bir maliyyə mərkəzi olub. Kriptovalyutaları tezliklə inteqrasiya etməliyik. Düşünürəm ki, bu sahədə Nyu-Yorkdan bir qədər geri qalmışıq, amma onları tez bir zamanda çata bilərik.

Ən sərfəli kredit üçün müraciət et

kriptoinvest.az

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

    Ən sərfəli krediti almaq üçün müraciət et