Tamara Mustafayeva, Banco.az
Çinin avqust ayında avtomobil ixracatı 300 min ədədi keçərək yeni rekorda imza atıb.
Banco.az xarici mətbuata istinadla xəbər verir ki, Çin Avtomobil İstehsalçıları Assosiasiyasının məlumatlarına görə, avqust ayında əvvəlki ilin eyni dövrü ilə müqayisədə 65 faiz artımla 308 min avtomobil ixrac edilib.
İlin ilk səkkiz ayında avtomobil ixracı isə illik əsasda 52,8 faiz artımla 1 milyon 817 minə çatıb.
Yeni elektromobillərin ixracı da kəskin artıb. Belə ki, ölkədən əvvəlki ilin eyni dövrünə nəzərən 82,3 faiz artımla 83 min ədəd elektromobil ixrac olunub. Yeni elektromobillərin ixracı ilk səkkiz ayda isə 97,4 faiz artaraq 340 min ədədə çatıb. Bu avtomobillərin ölkənin cəmi avtomobil ixracındakı payı 26,7 faiz qeyd edilib.
Qeyd edək ki, Çin istehsalı olan 10 min elektrik avtomobili Avropaya göndərilib. Bundan əlavə, Çin şirkəti tərəfindən istehsal olunan 10 min tamamilə elektriklə işləyən avtomobil də Avropa ölkələrinə ixrac üçün bu yaxınlarda Şanxaydakı Heytonq bərəsindən ("Haitong Pier) yola düşüb.
Bizi sosial şəbəkələrdən izləyin!!