Bu ölkədə “Apple Pay” və “Google Pay”in analoqu yaradılacaq | Banco.az

Bu ölkədə “Apple Pay” və “Google Pay”in analoqu yaradılacaq

Müəllif - Aida İsaq, Banco.az

Rusiya banklarından Mir kartlarında 2023-cü ilin aprel ayının sonuna qədər QR kodu dəstəkləyən yeni ödəniş metodunu yaratmaları tələb olunacaq. 

Banco.az xəbər verir ki, məlumata görə, ödəniş əməliyyatları ilə bağlı müvafiq sistem 25 aprel 2023-cü il tarixindən etibarən banklara məxsus POS-terminalların yarısında dəstəklənməlidir.

Milli ödənişlər üzrə mərkəzin rəhbəri Alma Obayeva QR kod vasitəsilə ödəniş qəbulunun pərakəndə satış məntəqələrində nə zaman əlçatan olacağı ilə bağlı dəqiq tarixi açıqlamayıb. Buna səbəb isə bu barədə qərar vermək prinsiplərinin şirkətlərin öz öhdəliyində olmasıdır.

Qeyd edək ki, fevralın sonundan, etibarən ölkədə “Google Pay” və “Apple Pay”dən istifadə imkanları məhdudlaşdırılıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram