Müəllif - Aida İsaq, Banco.az
Rusiyanın iri pərakəndə şəbəkələrində “Apple” cihazlarının qiymətləri ucuzlaşıb.
Banco.az xəbər verir ki, modeldən asılı olaraq cihazların qiyməti 5-10 faiz ucuzlaşıb. “iPhone 14” (256 GB) və iki SİM kartlı 14 Pro (128 GB) modelləri beş faiz ucuzlaşaraq, müvafiq olaraq 95,99 min və 109,99 min rubla düşüb. Ucuzlaşma “iPhone”larla yanaşı, “MacBook”, “iPad” və “Apple Watch”a da təsir edib. Şirkət bunu yeni məhsulların buraxılması ərəfəsində mövsümi qiymət azalması ilə əlaqələndirib.
Bizi sosial şəbəkələrdən izləyin!!