Bu ölkədə "Ağıllı yaşıl şəhər" salınacaq | Banco.az

Bu ölkədə "Ağıllı yaşıl şəhər" salınacaq

Tamara Mustafayeva, Banco.az

Cənub-şərqi Asiyada yerləşən şəhər dövləti Sinqapur 42  min yaşayış yerindən ibarət "Ağıllı Şəhər" ("Smart City") inşa etməklə ekoloji təmiz və ətraf mühitə həssas yanaşan dövlət olmağı hədəfləyir. Tengah adlı ərazidə bu yaxınlarda inşasına başlanılacaq sözügedən ağıllı şəhər burada məskunlaşanlara "Təbiət ilə Evdə" olmağı vəd edir. Təbiət qoynunda məhəllələrin sayəsində insanlar daha xoşbəxt və sağlam həyat sürəcək.

Bu ağıllı şəhərdə piyada və velosiped sürənlərin sərbəst və təhlükəsiz hərəkətini təmin etmək üçün magistral yollar ən alt hissədə inşa ediləcək. Magistral yollar aşağıda yerləşəcəyi üçün şəhər mərkəzində nəqliyyat vasitələri olmayacaq. 

Bununla yanaşı, şəhərdə inteqrasiya edilmiş icma mərkəzi, tibbi müəssisələr və idman mərkəzi kimi müxtəlif tikililər mövcud olacaq. Həmçinin kəndli və əkinçi bazarları, kənddən süfrəyə konsepsiyalı layihələrə də yer veriləcək.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, şəhərdəki iki otaqlı mənzillərin qiyməti hazırda 81 min dollardan başlayır. Tikinti işlərinin isə 2023-cü ildə başa çatacağı gözlənilir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et