Bu ölkədə 5-11 yaşlı uşaqların da vaksinasiyası başlayacaq | Banco.az

Bu ölkədə 5-11 yaşlı uşaqların da vaksinasiyası başlayacaq

Tamara Mustafayeva, Banco.az

ABŞ-da 5-11 yaşlı uşaqlar 8 noyabrdan etibarən peyvənd olunmağa başlanacaq.

Banco.az xarici mətbuata istinadla xəbər verir ki, Ağ Ev ölkədə 5-11 yaş qrupuna daxil olan uşaqların vaksinasiya proqramının 8 noyabr tarixindən etibarən başlayacağını açıqlayıb.

ABŞ Ərzaq və Dərman Administrasiyasının (FDA) rəsmi internet saytında 22 oktyabr tarixində qeyd olunan məlumata görə, "Pfizer-BioNTech" peyvəndi sözügedən yaş qrupunda 90,7%-lik təsir gücünə malikdir.

Xatırladaq ki, ölkədə 5-11 yaş qrupuna daxil olan təqribən 28 milyon uşaq yaşayır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram