Müəllif - Aida İsaq, Banco.az
Fransa prezidenti Emmanuel Makron Yelisey sarayında keçirilən "Əlillərin 6-cı milli konfransında"kı çıxışında əlil vətəndaşlar üçün həyata keçiriləcək planlardan danışıb.
Banco.az xəbər verir ki, prezident əlil vətəndaşların ictimai yerlərdə asanlıqla hərəkəti üçün 1,5 milyard avro ayrılacağını bildirib. O, 2024-cü ildən etibarən əlil arabalarının ödənişlərinin həmin şəxslərə tam şəkildə geri ödəniləcəyini açıqlayıb. Əlil şagirdlər üçün hər məktəbdə xüsusi müəllimin olacağını qeyd edən prezident ölkədə 430 min əlil şagirdin olduğunu da xatırladıb.
Bizi sosial şəbəkələrdən izləyin!!