Bu ölkədə 1,2 milyard dollar dəyərində neft və qaz quyuları qazılacaq | Banco.az

Bu ölkədə 1,2 milyard dollar dəyərində neft və qaz quyuları qazılacaq

Müəllif:Ayşən İmanova/Banco.az

Misir 2024-2025-ci maliyyə ili ərzində 110 neft və qaz kəşfiyyat quyusunun qazılmasına 1,2 milyard dollar sərmayə qoymağı planlaşdırır.

Banco.az xəbər verir ki, bu barədə ölkənin neft və mineral ehtiyatlar naziri məlumat verib.

O əlavə edib ki, 2030-cu ilə qədər Misir 586 neft və qaz kəşfiyyat quyusunun qazılmasına 7,2 milyard dollar sərmayə qoyacaq.

Kəşfiyyat fəaliyyətinə gəlincə, nazir izah edib ki, hazırda neft və qazın tədqiqi, onların kəşfiyyatı sahəsində 40 tərəfdaşla bağlanmış 145 öhdəlik müqaviləsi qüvvədədir.

“Biz, həmçinin, tərəfdaşlara il ərzində yeni kəşfiyyat sahələrinə dair məlumatlara rəqəmsal girişin təmin edilməsinə yönəlmiş Misir Kəşfiyyat və Hasilat Portalı vasitəsilə beynəlxalq təklifləri işə salırıq”,- nazir bildirib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et