Müəllif:Ayşən İmanova/Banco.az
Yaponiyada 100 yaşdan yuxarı sakinlərin sayı 95,1 mini ötüb.
Banco.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə, Əmək və Rifah Nazirliyi məlumat yayıb.
Məlumata görə, bu, 1963-cü ildən bəri ən yüksək göstəricidir.
Qeyd olunur ki, Yaponiyada 100 yaşdan yuxarı insanların sayı 54 ildir ki artır. Ötən il ölkədə 100 yaşdan yuxarı sakinlərin sayı demək olar ki, 3 min nəfər artıb. Onların 88%-dən çoxu qadınlardır.
Ölkədə, həmçinin planetin ən yaşlı insanı - 1908-ci ildə anadan olmuş 116 yaşlı Tomiko İtokan yaşayır.
Yaşı 65-dən yuxarı olan Yaponiya sakinlərinin sayı isə son bir ildə 20 min nəfər artaraq rekord səviyyəyə - 36,25 milyon nəfərə çatıb. Hazırda onlar ölkə əhalisinin 29,3%-ni təşkil edir.
80 yaşdan yuxarı yaponların sayı demək olar ki, 13 milyon nəfərə çatıb. Onlar ümumi əhalinin 10,4%-ni təşkil edir ki, bu da təxminən 125,1 milyon nəfərdir.
Bizi sosial şəbəkələrdən izləyin!!