Bu ölkə xarici valyutalardan istifadəyə görə həbs cəzası təklif edir | Banco.az

Bu ölkə xarici valyutalardan istifadəyə görə həbs cəzası təklif edir

Müəllif:Ayşən İmanova/Banco.az

Zambiya Bankı hökumətə daxili ödənişlərdə ABŞ dolları və ya digər xarici valyutalardan istifadə də daxil olmaqla 10 ilədək həbs cəzası tətbiq etməyi təklif edib.

Banco.az xəbər verir ki, bu tədbidlər milli valyuta kvaçanın məzənnəsinin möhkəmlənməsi tədbirləri çərçivəsində təklif edilib. Bankın təklif etdiyi sənəd layihəsində xarici valyutadan istifadə edənlərin  10 ilədək həbs və ya külli miqdarda cərimə ilə cəzalandırılması təklif edilir.

Bu tədbirin turistlərə də təsir edəcəyi qeyd edilir.

Zambiya Bankının sədr müavini Frensis Çipimo bildirib ki, ABŞ dolları monetar və məzənnə siyasətinin effektiv idarə olunmasına mane olur, Zambiyanın ABŞ valyutasından asılılığı isə Afrika ölkəsinin kredit risklərini artırır.

Ən sərfəli kredit üçün müraciət et

Zambiya Bankının təklifi təsdiq üçün ölkənin Maliyyə Nazirliyinə təqdim edilib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et