Müəllif: Tamara Mustafayeva, Banco.az
Braziliya “X” sosial şəbəkəsinə girişi bloklayıb.
Banco.az xəbər verir ki, Braziliya Ali Məhkəməsi “X” sosial media platformasının ölkədə qanuni nümayəndə təyin etmədiyi təqdirdə girişinin qadağan ediləcəyini açıqlayıb.
Müxtəlif ölkələrdə hüquqi proseslərlə üzləşən İlon Maska məxsus “X” platforması təxminən 200 milyon əhalisi olan Braziliyada da bağlanma riski altındadır.
Ali Məhkəmə “X”ə ölkədə qanuni nümayəndə təyin etmək üçün 24 saat vaxt verib və əks halda platformaya girişin qadağan ediləcəyini açıqlayıb.
Xatırladaq ki, Braziliyada Ali Məhkəmə “X”dən keçmiş prezident Jayr Bolsonaroya qarşı “çevriliş cəhdi” istintaqı ilə bağlı bəzi şəxslər haqqında məlumat verməsini və bəzi hesabları bloklamasını istəmişdi. Mask isə məhkəmənin tələbini yerinə yetirməyib və “X”in Braziliyadakı ofisini bağlamışdı.
Bizi sosial şəbəkələrdən izləyin!!