Bu ölkə vergi rəqabəti aparmaq qabiliyyətinə görə öndədir | Banco.az

Bu ölkə vergi rəqabəti aparmaq qabiliyyətinə görə öndədir

Amerikanın "Tax Foundation" adlı təhlil mərkəzi İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına (OECD) üzv olan ölkələr arasında rəqabətqabiliyyətlilik indeksini açıqlayıb. Reytinq sıralamasında Estoniya birinci yerdədir. Beləliklə, OECD ölkələri arasında Estoniya 2019-cu ildə dalbadal altıncı dəfə vergi rəqabəti aparmaq göstəricisində birinci yeri tutub.

Estoniyanın iqtisadi eksperti Vladimir Vaynqort "Tax Foundation" mərkəzinin reytinqində öz ölkəsinin birinci olmasından təəccüblənmədiyini bildirib. O, belə hesab edir ki, Estoniyanın vergi sistemi yalnız Avropa İttifaqında deyil, həm də OECD ölkələri arasında ən rasional vergi sistemidir və onun üç üstünlüyü var:

Ən sərfəli kredit üçün müraciət et

  • vergi sisteminin sadə olması;
  • biznesin ümumdünya dəstəyinə oriyentasiyası, iqtisadiyyatın kiçik və orta sahibkarlıq üzərində təmərküzləşməsi;
  • vergi sisteminin repressiv xarakter daşımaması, vətəndaşların etimadına əsaslanması.

Vergiler.az

Ən sərfəli krediti almaq üçün müraciət et