Müəllif - Aida İsaq, Banco.az
Litva Dünya Bankının maliyyə alətləri vasitəsilə Ukraynanın bərpası üçün 10 milyon avro ayıracaq.
Banco.az xəbər verir ki, vəsait həmçinin Moldovanın “xarici” təsirlərə davamlılığını gücləndirmək üçün sərf olunacaq.
Qeyd edək ki, bundan öncə Böyük Britaniya hökuməti Ukraynaya 500 milyon dollarlıq əlavə kredit ayırmaq niyyətini açıqlamışdı. Vəsait ölkənin sosial-iqtisadi ehtiyaclarına, o cümlədən xəstəxana və məktəblər, əhalinin həssas təbəqələri üçün yönəldiləcək. Beləliklə, Böyük Britaniyanın ümumi dəstəyinin həcmi 8 milyard dolları keçəcək.
Bizi sosial şəbəkələrdən izləyin!!