Müəllif:Ayşən İmanova/Banco.az
Şri-Lanka turizm sənayesində korrupsiya və fırıldaqçılıqla mübarizə üçün xüsusi komitə yaratmaq niyyətindədir.
Banco.az xəbər verir ki, bu barədə ada-dövlətin turizm naziri Diana Qamaqe bildirib.
Onun sözlərinə görə, turizm sektorunda fırıldaqçılıq və korrupsiya hallarının qarşısının alınması üçün xüsusi komissiyanın yaradılması planlaşdırılır.
“Ölkəmizə gələn turistlərin bizə çoxsaylı şikayətləri daxil olur. Bu problem haqqında əvvəllər də danışmışam. Şikayətlərə qida qiymətləri və s. daxildir. Biz yol verə bilmərik ki, bir neçə nəfərin səhvləri ilə ölkəmizin reputasiyası zədələnsin”, - deyə nazir bildirib.
Qeyd edək ki, yerli media turistlərdən mütəmadi olaraq şikayətlərin daxil olduğunu bildirir.
Bizi sosial şəbəkələrdən izləyin!!