Bu ölkə Tacikistanla viza rejimini ləğv edir | Banco.az

Bu ölkə Tacikistanla viza rejimini ləğv edir

Müəllif:Ayşən İmanova/Banco.az

İran Tacikistanla viza rejimini dörd şərt daxilində ləğv edir.

Banco.az xəbər verir ki, bu barədə İranın Tacikistandakı səfirliyindən bildirilib.

Rəsmi məlumatlara görə, viza tələbinin ləğvi dörd şərt daxilində mümkündür. Onların arasında 30 gün vizasız qalma müddəti, ölkəyə yalnız hava yolu ilə gəlmək, yalnız Düşənbədən Tehrana və geriyə gediş marşrutu daxildir. Səlahiyyətlilər həmçinin əlavə edib ki, bu vizasız rejim ikitərəfli qaydada riayət olunduğu təqdirdə etibarlı olacaq.

Qeyd edək ki, viza rejiminin ləğvi tarixi hələ müəyyən edilməyib. İran Xarici İşlər Nazirliyinin məsələ ilə bağlı əlavə məlumat verəcəyi bildirilib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et