Bu ölkə son 70 ilin ən böyük maliyyə böhranı ilə üzləşib | Banco.az

Bu ölkə son 70 ilin ən böyük maliyyə böhranı ilə üzləşib

Müəllif:Ayşən İmanova/Banco.az

Böyük Britaniyada aşağı iqtisadi artım və yüksək miqdarda dövlət borcu ölkədə son 70 ilin ən böyük böhranına səbəb olub.

Banco.az xəbər verir ki, bu barədə Britaniya Maliyyə Tədqiqatları İnstitutunun (IFS) direktoru Pol Conson bildirib.

O qeyd edib ki, Leyboristlər və Mühafizəkarlar iyulun 4-nə təyin edilmiş növbədənkənar parlament seçkiləri ərəfəsində 100%-ə yaxınlaşan dövlət borcu ilə bağlı vəziyyəti sabitləşdirməyə söz verirlər. Lakin krallıq hazırda yüksək faiz dərəcələri səbəbindən aşağı iqtisadi artım yaşayır. Buna görə də, seçkinin qalibi 1950-ci illərdən bəri ölkədəki istənilən hökumətin üzləşdiyi problemdən qat-qat ciddi problemi həll etməli olacaq.

Ekspertin fikrincə, seçkilərdən sonra yeni hakimiyyət xərcləri azaltmaq, borcları artırmaq və ya vergiləri artırmaq arasında seçim etməli olacaq.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et