Bu ölkə smartfonlara daha az pul xərcləməyə başlayıb | Banco.az

Bu ölkə smartfonlara daha az pul xərcləməyə başlayıb

Müəllif - Aida İsaq. Banco.az

2022-ci ilin üçüncü rübündə Rusiyada smartfon satışları azalıb.

Banco.az xəbər verir ki, bu 2021-ci ilin eyni dövrü ilə müqayisədə 30 faiz aşağıdır. Belə ki, bu dövrdə ruslar 5,6 milyon smartfon alışına 107,8 milyard rubl xərcləyib. Əhali daha çox “Xiaomi” (“Poco” brendi ilə birlikdə) modelinə üstünlük verib.

İkinci yerdə “Realme” cihazları,  üçüncü sırada “Samsung”, “Tecno” və “Apple” markaları qərarlaşıb. 

Eyni zamanda, “Samsung” və “Apple”a tələbat illik müvafiq olaraq 30 faizdən 9,9 faizə və 15 faizdən 6 faizə düşüb.

İyul-sentyabr aylarında smartfonların orta qiyməti 15 faiz azalaraq 19,3 min rubl təşkil edib. “AppStore”da əksər proqramların, həmçinin “Apple Pay” ödəniş xidmətinin çalışmaması səbəbindən “Apple” məhsullarına maraq azalıb.

Rusiya-Ukrayna arasında baş verən hərbi əməliyyatlar nəticəsində Qərbin sanksiyalarının tətbiqi fonunda Rusiyaya idxal olunan qadcetlərin həcmi azalıb. Bu səbəbdən bir sıra xarici şirkətlər Rusiyada biznes fəaliyyətlərini yavaşlatmaq qərarına gəlib. Məsələn, “Huawei” Rusiya bazarını tərk etmək üzrədir. Bundan əvvəl şirkət ölkəyə mal idxalını tamamilə dayandırmışdı. Həmçinin, Rusiyanın telefon markası “Inoi” ölkədən ayrıldığını açıqlayaraq şirkəti Estoniyaya köçürüb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram