Bu ölkə şəxsi avtomobillərdən istifadəni məhdudlaşdırmağı planlaşdırır | Banco.az

Bu ölkə şəxsi avtomobillərdən istifadəni məhdudlaşdırmağı planlaşdırır

Müəllif:Ayşən İmanova/Banco.az

Almaniya hakimiyyəti atmosferə zərərli qazların buraxılmasını azaltmaq üçün sürücülük qadağası tətbiq etməklə, həftə sonları şəxsi avtomobillərdən istifadəni məhdudlaşdırmaq istəyir.

Banco.az xəbər verir ki, bu barədə Almaniyanın nəqliyyat naziri Volker Vissinq bildirib. O, bu tədbirin "iqlim dəyişikliyi ilə mübarizə" üçün zəruri olduğunu qeyd edib.

Nəqliyyat Nazirliyi bildirib ki, bu sektorda islahatların aparılması iqtisadiyyatın digər sahələri ilə müqayisədə daha çətindir, çünki bu, insanların gündəlik həyatına təsir edir və onu tez dəyişmək mümkün deyil.

Qeyd edək ki, Almaniyanın istixana qazı emissiyaları 2023-cü ildə 70 ilin ən aşağı səviyyəsinə düşüb, lakin ölkənin nəqliyyat sektoru davamlı olaraq iqlim hədəflərindən geri qalıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et