Bu ölkə Rusiyaya qarşı texnoloji sanksiyaların gücləndirilməsini təklif edir | Banco.az

Bu ölkə Rusiyaya qarşı texnoloji sanksiyaların gücləndirilməsini təklif edir

Müəllif - Aida İsaq, Banco.az

"Avropa İttifaqı Rusiyaya qarşı texnoloji sanksiyaların həcmini artırmalıdır."

Banco.az xəbər verir ki, bu fikri Çexiyanın xarici işlər naziri Yan Lipavski bildirib. Onun sözlərinə görə, bunun sayəsində Moskvanın silah və raket istehsalı imkanlarını məhdudlaşdırmaq mümkün olacaq. Nazir həmçinin sanksiyaların daha da sərtləşdirilməsinin vacibliyini vurğulayıb. 

Qeyd edək ki, bir müddət əvvəl yayılan məlumatlara əsasən, Avropa İttifaqının Rusiyanın pilotsuz uçuş aparatları sənayesinə, habelə Rusiyanın hərbi sənaye məhsullarına qarşı sanksiyaları genişləndirməyi planlaşdırdığı məlum olub. Eyni zamanda Aİ üzvlərinin hazırda sanksiyaların genişləndirilməsi ilə bağlı konkret təkliflər almadığı bildirilir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram