Bu ölkə Rusiyanın “Mir” ödəniş sisteminin kartlarından istifadəyə hazırlaşır | Banco.az

Bu ölkə Rusiyanın “Mir” ödəniş sisteminin kartlarından istifadəyə hazırlaşır

Müəllif - Aida İsaq, Banco.az

İndoneziya Rusiyanın “Mir” ödəniş sisteminin kartlarından istifadə variantını nəzərdən keçirir.

Banco.az xəbər verir ki, bu barədə İndoneziyanın Moskvadakı səfiri Xose Tavares bildirib. Səfir hazırda Bali adasında 40 minə yaxın rus vətəndaşının yaşadığını vurğulayaraq onların bank əməliyyatlarını həyata keçirmək üçün müxtəlif üsullar axtardıqlarını qeyd edib. X.Tavares müvafiq layihənin icrasına başlamaq üçün araşdırmaların aparılmalı olduğunu və bunun bir qədər zaman ala biləcəyini bildirib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən sərfəli kredit üçün müraciət et

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et