Bu ölkə Rusiyadan daha çox qaz almağa hazırlaşır | Banco.az

Bu ölkə Rusiyadan daha çox qaz almağa hazırlaşır

Müəllif - Aida İsaq, Banco.az

Dekabrın 1-dən Serbiya Rusiyadan daha çox qaz almağa hazırlaşır. Banco.az xəbər verir ki, bunu "Srbiyaqaz" dövlət şirkətinin baş direktoru Duşan Bajatoviç bildirib. 

Ölkədə il ərzində istifadə olunan 3,2 milyard kubmetr qazın əksər hissəsi Rusiyadan gəlir. Yeni müqaviləyə əsasən, Serbiya üçün yanacağın qiyməti min kubmetr üçün 410 dollara qədər səviyyədə olacaq (əvvəlki qiymət min kubmetr üçün 270 dollar).

Bundan başqa ölkənin energetika naziri Zorana Mixayloviç daha əvvəl Rusiya satınalmalarından asılılığı azaltmaq niyyətini vurğulamışdı. Mixayloviçin sözlərinə görə, 2023-cü ilin sentyabrına qədər Serbiya ilə Bolqarıstan arasında qaz nəqli xəttinin tikintisi başa çatdırılmalıdır.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram